Bu cür qidalananlar 100 ildən çox yaşayır

  • 2024.04.05 17:17
  • 655 Baxış
Bu cür qidalananlar 100 ildən çox yaşayır
İnsanın ömrünü uzadan faktorlardan biri açıqlanıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər uzun ömrün sirrinin yemək vaxtları arasındakı uzun saatlarda olduğunu bildirirlər.

Belə ki, səhər saat 8-dən gec olmayaraq yemək yemək və axşam saat 8-dən gec olmayaraq qidalanmağı sonlandırmaq tövsiyə olunur. Bu zaman son yeməkdən səhər yeməyinə qədər 12 saat vaxt keçir. Bu uzun saatlar ərzində orqanizmin özünü həm təmizlədiyi, həm də bərpa etdiyi bildirilir.

Dietoloqlar bu rejimə əməl edənlərin 100 il, hətta daha çox yaşamaq şansı olduğunu bildirirlər. Onlar hətta müəyyən yaş dövründən (50-60 yaşdan) sonra gündə bir dəfə qidalanmağın ən sağlam variant olduğunu bildirirlər.

Qeyd edilir ki, bədəni həddən artıq qida ilə yükləməmək qanda xolesterin və insulini normal səviyyədə saxlayır, çəkini qorumağa kömək edir və iltihabi prosesləri azaldır.

O da əlavə olunur ki, qidalanma zamanı təbii və yararlı məhsullara üstünlük vermək, işlənmiş qidalardan uzaq durmaq da əsas şərtlərdən biridir.

Digər bir qrup mütəxəssisin fikrincə, bu tövsiyə şərtidir, çünki insan ömrünə təsir edəcək digər amillər nəzərə alınmır.


Aysel