Bu dərman və sistemlər koronavirusu daha da ağırlaşdırır

  • 2020.10.21 14:02
  • 2166 Baxış
Bu dərman və sistemlər koronavirusu daha da ağırlaşdırır


ABŞ –ın Luizina universitetinin alimləri bəzi dərman preparatlarının qəbulunun koronavirusa yoluxma riskini artırdığını və xəstəni virus qarşısında zəiflədiyini açıqlayıblar.

Medicina.az xəbər verir ki, onlar APF fermenti ingibitorları və anqiotenzin reseptorlarını blok edən dərmanların koronavirusa yoluxma riskini artırır.

Bu dərmanlar ürək-damar və təzyiq xəstəlikləri olan yaşlı insanlara təyin edilir.

Xüsusən venadaxili infuziyalar təhlükəlidir, onlar APF 2 reseptor hüceyrələrini artırır, hansı ki, koronavirus zülallarını ağciyərlərdə sürətləndirir.

Beləliklə, APF və BRA koronavirusun orqanizmdə yayılmasını sürətləndirib, bu xəstələrdə koronavirusu ağır mərhələyə çatdıra bilər.