Bu dərmanlar böyrəkləri zədələyir – Həkim

  • 2024.02.13 16:34
  • 713 Baxış
Bu dərmanlar böyrəkləri zədələyir  – Həkim

Bir çox müasir dərmanlar və onların düzgün istifadə olunmaması böyrəkləri sıradan çıxara bilər.


“Medicina” xəbər verir ki, həkim Anastasiya Çijikova bu dərmanları açıqlayıb.


“Hazırda dərmanlara görə böyrək zədələnməsi riski çox artıb.


Yaşlı xəstələr preparatları qəbul etdikdə, onlarda qocalma ilə bağlı böyrək funksiyası zəiflədiyi üçün dərmanların bədəndən çıxarılması çətinləşir. Gündə bir neçə dərmanın qəbulu böyrəyi yükləyir.


Dərman nə qədər çoxdursa, zədələnmə bir o qədər çox olur.

Ürək, diabet xəstələri üçün bəzi preparatlar nefrotik toksiki effekt verir.

Öncədən heç bir həkim hansı dərmanın necə zərər verib –verməyəcəyini deyə bilməz.

Hər orqanizm fərdi həssaslığa malikdir.

Xüsusən çox dərmanları xəstələr həkimsiz özləri alıb içir.

Şəkər, təzyiq, hormonal problemlərdə qəti olaraq özünüz dərman alıb içməməlisiz.


Hansı dərmanlar böyrəklər üçün risklidir?

- Antibiotiklər
- Virus dərmanları
- Sidikqovucular

- Qeyri-steroid preparatları
- Kimyaterapiya
- Litiy
- Fenitoin

Böyrəklərin zədələndiyini necə bilmək olar:

Ürəkbulanma
Qusma
Ağrı
Sidiyə getmədə problem”

Aygün Musayeva