“Bu dolabları boşaldın” - Mütəxəssislərdən xəbərdarlıq

  • 2020.10.13 11:35
  • 2359 Baxış
 “Bu dolabları boşaldın”   - Mütəxəssislərdən xəbərdarlıq
Həkimlər bildirirlər ki, koronovirus pandemiyasında uşaqların viruslara yoluxma riskini azaltmaq üçün immunitetləri güclü olmalıdır.



Medicina.az xəbər verir ki, həkimlər bəzi qidaların hər gün yeyilməli olduğunu vurğulayırlar: “4 qida qrupu – süd və süd məhsulları, ət-paxlalılar, taxıl, tərəvəz və meyvələr hər gün yeməlidirlər.
Eyni zamanda, çips, şəkər kimi rafinə olunmuş qidalar onların menyusundan çıxarılmalıdır. Buna görə də bir çox evdə olan bu qidaların saxlanıldığı dolablar boşaldılmalıdır. Güclü bir orqanizm üçün uşaqlar xoşbəxt ailədə stressiz böyüdülməli, ilk 2 il ana südü ilə qidalanmalı, düzgün bəslənməli, vaxtında yatmalı, D vitamini almalı, mütəmadi idmanla məşğul olmaları və həkim yoxlamaları vaxtında etmələri önəmlidir”.