Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu əşyaları avtomobildə saxlamayın - Partlaya bilər

  • 2025.06.27 10:27
  • 205 Baxış
Bu əşyaları avtomobildə saxlamayın -  Partlaya bilər

Yay aylarının yandırıcı istiləri artmağa başlayıb.

Medicina.az xəbər verir ki, xüsusilə avtomobillər günəş altında sobaya çevrilə bilər.

Bu səbəbdən avtomobilinizdə unutduğunuz bəzi əşyalar böyük risk yaradır.



Xüsusilə şüşə ətir butulkaları, alışqanlar, dezodorantlar kimi təzyiqə həssas məhsullar isti havalarda ciddi təhlükələrə səbəb ola bilər.

Avtomobillərdə tez-tez istifadə edilən şüşə qablarda olan ətirlər yayda birbaşa günəş işığına məruz qaldıqda linza effekti yarada bilir.

Bu vəziyyət günəş şüalarını tək bir nöqtəyə yönəldə, avtomobilin içini yandıra və ya hətta yanğına səbəb ola bilər.
.
Aygün
Medicina.az