"Evdə ölümlər artdı" - Professordan xəbərdarlıq

  • 2021.04.23 15:12
  • 1229 Baxış
"Evdə ölümlər artdı" -  Professordan xəbərdarlıq
Araşdırmalara görə, pandemiyada sinə ağrısı olan xəstələrin ancaq yarısı xəstəxanalara müraciət edir. Bu isə evdə ölümlərin sayını artırır.

Medicina.az xəbər verir ki, türkiyəli professor Bülent Görenek pandemiya müddətində ürək problemləri haqqında məlumat verib:



“Koronavirus xəstələrində qanda laxtalanma artıb. Bu da ürək damarlarının tıxanmasına və infarkta səbəb ola bilər. Ürəklə bağlı problemləri olanların isə xəstəxanaya müraciəti azalıb. Aparılan araşdırmalar pandemiyada sinə ağrısı olan xəstələrin ancaq yarısının xəstəxanalara müraciət etdiyini göstərir. Bu isə evdə ölümlərin artmasına yol açıb. Sinə ağrısı çox önəmli bir infarkt simptomudur. Bu kimi hallarda təcili tibbi yardıma zəng etməli, xəstə sakit bir yerə uzadılmalıdır”.