Bu göbələk şiş hüceyrələrinin böyüməsini ləngidir

  • 2023.05.10 16:39
  • 1449 Baxış
Bu göbələk şiş hüceyrələrinin böyüməsini   ləngidir
Son elmi araşdırmalar göstərib ki, göbələk ekstraktı bəzi xərçəng hüceyrələrinin böyüməsini "ləngidir".

Göbələklər B vitamini, antioksidantlar və kalium ilə zəngin olduğu üçün xərçəngdən qorunmaq üçün faydalıdır.


“Medicina” xəbər verir ki, həkim – diyetoloq İqor Strokovun sözlərinə görə, göbələklərdən Yaponiya və Çində ağciyər xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bəzən xərçəng müalicəsi ilə yanaşı təyin edilir.


Göbələklərin tərkibindəki bəzi kimyəvi birləşmələr immunitet sistemini gücləndirə bilir. Xüsusilə Şitake göbələyi...


Şitake göbələklərinin vətəni Şərqi Asiyadır. Qədim dövrlərdə onlar xərçəng əleyhinə vasitə kimi qiymətləndirilir.

Şiitake göbələklərindən əldə edilən ekstrakt lentinan adlanır ki, bu da beta-qlükan, mürəkkəb şəkər birləşməsinin bir növüdür. Beta-qlükan immunitet sistemini stimullaşdıra bilir.

Tədqiqatları göstərir ki, beta - qlükan bəzi xərçəng hüceyrələrinin böyüməsini ləngidir. Lentinan immunitet sisteminə təsir göstərir. Bu, həmçinin ağciyər xərçəngi xəstələrinin vəziyyətini yüngülləşdirir.

Günay Quluzadə