Bu göbələyin bir çox xəstəlikdə rolu var – Hansı qidalarla qorunmaq olar?

  • 2024.05.14 17:35
  • 396 Baxış
Bu göbələyin bir çox xəstəlikdə rolu var –  Hansı qidalarla qorunmaq olar?
Bədəndə yaşayan göbələk növlərindən biri olan “Candida” sağlam bakterial tarazlığın pozulması nəticəsində yaranan infeksiyadır.

Xüsusilə ağız, bağırsaq və vaginaya təsir edən bu növ göbələk həyatı ciddi şəkildə çətinləşdirə bilər.

Dr. Erik Berq Candida göbələklərindən qorunmağın yollarını izah edib.

Medicina.az xəbər verir ki, maya infeksiyasına bənzər “Candida” antibiotik istifadəsindən sonra əlavə təsir olaraq da meydana gələ bilər. Bu zaman bədəndə maya, göbələk və kifləri nəzarət altında saxlayan sağlam bakteriyaların tarazlığı pozulmağa başlayır.

"Candida" göbələklərinin simptomları infeksiya sahəsindən asılı olaraq dəyişə bilər. Ağrı, yanma, qaşınma və ishal ümumi simptomlar arasındadır. Genital bölgədə qaşınma, ağrı və ya axıntı problemi yaşayırsınızsa, çox güman ki, sizdə "Candida" infeksiyası var.

Ağızdakı yaralar da göbələk infeksiyasının əlaməti ola bilər.

Həmçinin qaz, ürəkbulanma, qaşınma, şişkinlik və yorğunluq hissi də simptomlar arasındadır.

Xüsusilə antibiotik istifadəsi, stress, doğuşa nəzarət dərmanları, həddindən artıq şəkər istehlakı, hormonal dəyişikliklər və immunitet sisteminin zəifləməsi "Candida"nın artmasına səbəb ola bilir.

Dr. Erik Berq "Candida" infeksiyası olan insanların pH balansının dəyişməyə başladığını ifadə edib.

"Yoğun bağırsaqda sağlam bakteriyaların artması "Candida"nın bədəndə yerləşməsini çətinləşdirəcək. "Candida" infeksiyasının bütün bədənə yayılmasının əsas səbəbi şəkər istehlakıdır. Gündəlik həyatda həddindən artıq şəkər istehlak edirsinizsə, göbələk infeksiyasından xilas olmaq üçün karbohidratla zəngin qidalar qəbul etməməyə diqqət edin. Vitamin əlavələri də immunitet sistemini gücləndirdiyi üçün çox kömək edəcək. D vitamini orqanizm üçün digər vitaminlərdən daha vacibdir. Vitamin D “Candida”ya qarşı profilaktik təsir göstərir. İmmunitet sistemi D vitamini əlavələri ilə gücləndirildikdə, göbələk infeksiyaları azalmağa başlayır", - deyə doktor qeyd edib.

Onun fikrincə, "Candida" problemi yaşayan insanların atmalı olduğu 3 addım var:

"Bunlardan birincisi D vitamini qəbul etməyə başlamaq olmalıdır. Həkiminizlə məsləhətləşdikdən sonra qəbul etməlisiniz.
Bu göbələk növü orqanizmə daxil olan qidalarla qidalanaraq artmaq qabiliyyətinə malikdir. Bu səbəbdən infeksiyanın əsas qida maddəsi olan qlükozadan uzaq durmaq lazımdır. Şəkər istehlakını dayandırdığınız və ketogenik pəhrizə başladığınız zaman, "Candida" azalır. Bu yolla ondan xilas ola bilərsiniz. Üçüncü addım isə duzlu kələm, fermentləşdirilmiş turşu və şəkərsiz kefir kimi probiotik qidaları istehlak etməkdir".


Aysel