Bu gün 426 nəfər koronavirusa yoluxdu - Statistika

  • 2021.05.17 16:39
  • 1785 Baxış
Bu gün 426 nəfər koronavirusa yoluxdu -  Statistika
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.