Bu gün buraxılış imtahanı verən şagirddə "ağıllı saat" aşkarlanıb

  • 23 Apr 2022 14:54
  • 651 Baxış
Bu gün buraxılış imtahanı verən şagirddə    "ağıllı saat" aşkarlanıb


Bu gün IX siniflər üçün keçirilən buraxılış imtahanında 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.

Medicina.az xəbər verir ki, həmçinin imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.