Bu gündən immunitet sertifikatı belə veriləcək - Yeni qayda

  • 24 Yan 2022 09:55
  • 717 Baxış
Bu gündən immunitet sertifikatı belə veriləcək -  Yeni qayda
Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək.

Medicina.az -ın xəbərinə görə, COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

Qeyd edək ki, bu gündən eyni zamanda laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.