Bu günə Azərbaycanda yoluxma

  • 2022.06.11 17:37
  • 1706 Baxış
Bu günə Azərbaycanda yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 69 nəfərdir.

Ölkədə son sutka ərzində 2 468, hazırkı dövrədək isə 6 921 407 test aparılıb.