Bu günlə yaşamayanlar- Təxirə salınmış ömür sindromu

  • 2023.11.23 21:13
  • 1364 Baxış
Bu günlə yaşamayanlar - Təxirə salınmış ömür sindromu
Necə edək ki, həyatımızı təxirə salmayaq? - Bu günlə yaşamağın sirləri

Təxirə salınmış ömür sindromu – psixi pozuntu və diaqnoz olmasa da, çox insanların həyatında olan bir vəziyyətdir və keyfiyyətli yaşamağa mane olur.


“Medicina” xəbər verir ki, dosent Nataliya Vidermanın sözlərinə görə, bu sindrom insanın daim gələcək xəyallarında yaşaması və hər gün o həyatı gözləyib, onu məşq edib, bu günü və indiki anı yaşaya bilməməsi və çox şeyləri təxirə salmasıdır.

Amma nə qədər plan qursa da, yazıb pozsa da o, həyat reallığa çevrilmir və insan depressiyaya düşür.

Bu sindromun bir variantı da hədəfə çatmaq senarisidir – insan özünü məhrum edir, şablon qurur, fanatik olaraq öz məqsədini arzulayır və ağır hədəflər qoyaraq gücünü nəzərə almır.

Belə adam hər şeyi sonraya saxlayır, indiki an və arzulardan həzz almır, hədəfindən kənara yayınmır və öz aləmində yaşayır.

Hətta o məqsədə çatsa da çox güclü stress və məyusluq yaşayır, başa düşür ki, yeni həyatda da tam xoşbəxtlik yoxdur.

Digər kateqoriya insanlar isə əksinə başqasının məqsəd və işlərinə xidmət edir, öz arzularını ertələyir. Belə insanlar passiv şəxsiyyətdir, hadisələri uzun müddət səbrlə izləyir və illərlə gözləmə mövqeyində olur.

Bu adamlarda yorğunluq, apatiya, psixi problemlər, içkiyə aludəçilik olur.
Təşviş pozuntusu yaranır.

Bu günkü günün uğur və sevincinə qane olmayıb, həyatından həzz ala bilməyənlərin çoxu bu sindromdadır.

Onlar istirahət nədir bilmir, onlar üçün həyat gələcəkdədir. Özlərini bu günkü həyata layiq bilmir.
Adətən bu sindroma meyillik uşaqlıqdan yaranır, valideynlər uşağın qarşısında yaşına uyğun olmayan arzular, hədəflər qoyur, ondan qələbələr, yüksəlişlər gözləyir və uşaqlıqdan təxirə salınan həyat mövqeyi şüuraltı seçilir.

Uşaq dəyərsizliyini ört basdır etmək və valideynlərin tərifini almaq üçün özünə böyük vədlər verir və özünü göstərməyə çalışır.

Bu ailədən gələn proqram budur: eybi yox, bu gün döz, səbr et, pis günün ömrü az olar, gələcəkdə yaxşı günlər olacaq və sən istədiyin kimi yaşayacaqsan. Əməyin mütləq bəhrəsini verəcək. Beləcə valideynlər uşaqları bu günkü həyatın günün ayın yaxşı olmadığına inandırar və hansısa utopik gələcək üçün çarpışmağa vərdiş yaranar. Adətən o gözlənilən sabah heç gəlmir, çünki insan elə bu günü yaşayır və bitir.


Aygün Musayeva