Bu havalarda astma tutmaları artır

  • 2023.12.12 16:19
  • 724 Baxış
Bu havalarda astma tutmaları artır
Soyuq havalar astma tutmalarını çoxaldır.

"Medicina" xəbər verir ki, tənəffüs yollarının müvəqqəti daralması ilə irəliləyən astmanın ortaya çıxmasının bir çox səbəbi var.


Xüsusilə qış aylarında xəstələr ehtiyatlı olmalıdır.

Astmanın daim simptomlar göstərən bir xəstəlik olmadığını nəzərə alsaq, zamanla müəyyən səbəblərdən aktivləşəndə əlamətlərə diqqət yetirmək lazımdır.


Döş qəfəsində sıxılma, təngnəfəslik, tənəffüs çatışmazlığı hissi, kənardan eşidilən xırıltılar müşahidə oluna bilər.

Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Astma 20-40 yaş arası gənc qadınların xəstəliyi kimi tanınır.

Xəstənin birinci addımı qıcıqlandırıcı allergik təsir edən nədirsə ondan uzaq durmaqdır.

Aşpazlar, rəssamlar, metal sənayesində çalışanlar, tüstüyə məruz qalan insanlar və ya fermerlərdə astma yarana bilər.

Bundan əlavə, toz, ev gənələri, bitkilər, ağac və çiçəklənməyə qarşı allergiya ola bilər. Evdə ev heyvanınız varsa, xəzindən allergiya yarana bilər.

Aygün Musayeva