Bu hormon artdıqca süd vəzi xərçəngi yarana bilir - Nazirliyin onkoloqu

  • 2022.04.20 15:33
  • 1835 Baxış
Bu hormon artdıqca süd vəzi xərçəngi yarana bilir  - Nazirliyin onkoloqu


“Əgər xəstə ev şəraitində süd vəzi xərçəngini yoxlamaq üçün özünü müayinə edərsə, əli ilə baxdıqda şişkinlik hiss edirsə, bu artıq gecikmədir”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib. Onun sözlərinə görə, amma qadınlar hər ay süd vəzilərini müayinə edərsə, orada olacaq ən kiçik dəyişiklik belə nəzərə çarpacaq:

“Bax, bu halda erkən diaqnoz üçün bu uğurlu ola bilər. Eyni zamanda süd vəzində ifrazat varsa və o, qəhvəyi, ya da qanlı olarsa bu zaman süd vəzi xərçəngi şübhəsi ilə həkimə müraciət etmək olar. Amma 90% hallarda süd vəzindən gələn ifrazat xoş xasisəli şişin göstəricisi olur".

Həqiqət Vəliyeva deyib ki, süd vəzi xərçənginin 30%-ni genetik faktor təşkil edir:

"Yaxın qohumunda süd vəzi xərçəngi və ya prostat xərçəngi varsa, o şəxslər daha ehtiyatlı olmalıdır. Belə olan hallarda gen mutasiyaları sürətlə baş verir. Süd vəzinin xoş xasisəli şişləri çox az halllarda bəd xassəli şişə çevrilir. Yəni bu çox hallarda yanlış diaqnozdur. Pis vərdişlər, siqaret və alkoqol qadın hormonlarını artırır. Estrogen artdıqca süd vəzi xərçəngi riski də artır. Eyni zamanda alkoqol hüceyrənin funksiyasının pozur".