- Şampan şərabı ilə bağlı yeni araşdırma Bu içki stressi azaldır...

  • 2019.01.17 11:37
  • 11351 Baxış
- Şampan şərabı ilə bağlı yeni araşdırma  Bu içki stressi azaldır...

 

Şampan şərabının istifadəsi orqanizimin stressə dözümlülüyünü artıraraq, onu gənc saxlayır və dözümlülüyünü artırır. 


Medicina.az xəbər verir ki, bu nəticəyə Madriddə yerləşən ərzaqların tədqiqatı institutunda aparılan bir araşdırmada gəliblər. 

Alimlər bildiriblər ki, amma içkini həddən artıq çox istifadə etmək olmaz. Belə ki, gündəlik qəbul norması 100 ml-r.

 

İçki sakitləşdirici xüsusiyyətə malikdir. O sinir sisteminin işinə təsir edərək hissləri və düşünmə prosesini ləngidir. 


İçkinin tərkibinə orqanizmdə stressin səviyyəsini azaldan antioksidant tərkibə malik reservatrol birləşməsi daxildir. 


Əgər siz rahatlanmaq istəyirsinizsə, o zaman gündüz vaxtı Şampan şərabından istifadə etməyiniz məsləhət deyil. Yaxşı olardı ki, bu içkini şam yeməyində qəbul edəsiniz.

  

Yeməklə qəbul edilən içki həm də, beynin işini qaydaya salır.

 

Arzu

Medicina.az