Bu iki içki saç tökür - İçməyin!

  • 2025.09.04 12:36
  • 124 Baxış
Bu iki içki saç tökür -  İçməyin!

Həddindən artıq şəkərli və tez-tez spirt qəbulu saç sağlamlığına mənfi təsir göstərir. Şəkərli içkilər saç köklərini zəiflədir, spirt isə qida maddələrinin udulmasını və hormonal tarazlığı pozaraq dolayı yolla saç tökülməsini sürətləndirir.

Medicina.az xəbər verir ki, saç tökülməsi yalnız genetik deyil.

Genetik meyl, hormonal dəyişikliklər, stress və yemək vərdişləri prosesi formalaşdırır.



Son araşdırmalar içilən içkilərin də saç sağlamlığında əhəmiyyətli rol oynaya biləcəyini göstərir.

Xüsusilə şəkərli içkilər və spirt, metabolik və hormonal təsirləri ilə saç tökülməsinə səbəb ola bilər.



Tədqiqatlar göstərir ki, çox miqdarda şəkərli içki qəbul etmək saç tökülməsini sürətləndirir.

Yüksək şəkər qəbulu insulin səviyyəsini dəyişərək, saç follikulunun dövrünü pozur.



Həmçinin baş dərisinin yağlılığını artırır, tarazlığı pozur və iltihabi prosesləri artırar.

Bundan başqa, ağır və xroniki spirt qəbulu qida maddələrinin udulmasını poza bilər, bu da B vitaminləri, dəmir və sink kimi saç sağlamlığı üçün vacib olan mineralların çatışmazlığına səbəb olar.



Uzun müddətli və ağır istehlak oksidləşdirici stressi artırır və hormonal balanssızlığa səbəb olaraq dolayı yolla saç sağlamlığını təhdid edir.

Spirt saç tökülməsini birbaşa sürətləndirmir, lakin tez-tez və həddindən artıq qəbulu risk yaradır.

Aygün
Medicina.az