Bu il 94 min uşaq doğulub

  • 2022.10.20 14:32
  • 1217 Baxış
Bu il 94 min uşaq doğulub

2022-ci ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən ölkə ərazisində 93 min 685 doğum qeydiyyata alınıb.


"Medicina" xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Cəмiyyətin və vətəndаş мünаsibətlərinin inкişаfı» Ictimаi Birliyinin həyata keçirdiyi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatında bildirilib.


Hesabatda qeyd edilib ki, bu müddət ərzində 45 min 313 nigah, 46 min 359 ölüm qeydə alınıb.


2022-ci ilin 9 ayı üzrə həmçinin qeydə alınan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı 213 min 606 olub.

Aygün M