Bu il Azərbaycanda 1 418 əkiz, 75 üçəm doğulub

  • 2022.07.18 11:55
  • 1605 Baxış
Bu il Azərbaycanda 1 418 əkiz,  75 üçəm doğulub
Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkə üzrə 50 239 doğulan körpə qeydə alıb.

Dövlət Statistika Komitəsindən Medicina.az -a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4-dən 12,1-ə qədər artıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1 418, üçəm doğulanların sayı isə 75 olub.