Bu il Azərbaycanda 731 nəfər QİÇS-ə yoluxub

  • 2022.12.22 10:51
  • 847 Baxış
Bu il Azərbaycanda  731 nəfər QİÇS-ə yoluxub
2022-ci ilin 11 ayı üzrə 731 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.


Bildirilib ki, bunların 715-i Azərbaycan vətəndaşıdır.

Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülüb (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi).

İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.