Bu il nə qədər uşaq ana südü ilə qidalanıb?

  • 2017.10.27 13:04
  • 15958 Baxış
Bu il nə qədər uşaq ana südü ilə qidalanıb?
Ana südü ilə qidalanmaq körpə həyatında və gələcək sağlamlığında çox əhəmiyyətli rol oynayır.

 

Öz unikal tərkibi ilə bütün qidaları üstələyən körpə qidası olan ana südünün əhəmiyyətini analar da yüksək qiymətləndirir və övladlarını onunla daha uzun müddət qidalandırırlar. Ötən ilin yekunlarına görə, ölkəmizdə 95,2 min körpə 3 aya qədər, o cümlədən onlardan 63 mini yalnız ana südü ilə qidalanıb.


Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən azertac-a verilən məlumata görə, ötən ilin yekunlarına görə 6 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 73,9 min olub, onlardan 41,5 mininin qidasını yalnız ana südü təşkil edib. Ölkəmizdə dünyaya gələn körpələrdən 58,2 mini 1 yaşına qədər, 20 mini 1,5, 10 mini 2 yaşa qədər ana südü ilə qidalanıb. Həmin göstəricilərin hər biri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib.