Bu insanlarda infarkt riski yüksəkdir

  • 2020.10.21 12:18
  • 1056 Baxış
Bu insanlarda infarkt riski yüksəkdir

Yaxın qohumlarından kişilərdə 55, qadınlarda 65 yaşından əvvəl infarkt keçirən, siqaret çəkən, yüksək təzyiq, şəkər xəstəliyindən əziyyət çəkən insanların infarkt riski də yüksəkdir.

Medicina.az xəbər verir ki, normal ürək damarının daxili səthi qan axınını asanlaşdıran hüceyrələrlə doludur. Lakin yuxarıda göstərilən risk əlamətləri olan insanlarda bu hüceyrə səthi zədələnə bilər və hüceyrə qatının altında xolesterol çöküntüləri əmələ gələ bilər.

İnfarktın sinə ağrısı ilə birlikdə nəfəs darlığı, baş fırlanması, huşunu itirmə, qusma, mədə ağrısı, soyuq tərləmə, ürək döyüntüsü, halsızlıq kimi xüsusiyyətləri vardır. Bu kimi hallarda mütləq həkimə getmək lazımdır.