Bu kateqoriya əlillərin təqaüdü artırıldı

  • 2023.01.13 14:59
  • 1625 Baxış
Bu kateqoriya əlillərin təqaüdü artırıldı
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib.


Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.


Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.