Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu kişilər təcili həkimə getməlidir – Xəbərdarlıq

  • 2023.11.01 17:39
  • 2061 Baxış
Bu kişilər təcili həkimə getməlidir  – Xəbərdarlıq

Kişilər çox zaman onlar üçün vacib testosteron hormonunda dəyişiklikləri vaxtında aşkar etmirlər və həyat enerjisi söndükdən sonra həkim axtarışına çıxırlar.


“Medicina” xəbər verir ki, uroloq Dmitriy Zelenin hansı hallarda kişinin yubanmadan həkimə getməli olduğunu açıqlayıb.


“Kişidə normal testosteron səviyyəsi həyat enerjisiə, güclü immun sistemi, ürək-damar sisteminin profilaktikası, eləcə də uğurlu intim həyat deməkdir.

Əgər kişi özündə cinsi zəiflik, orqazm problemi, sonsuzluq, kökəlmə, piylənmə, saç tökülməsi varsa, yuxusuzluq, yorğunluq, gücün azalması hiss edirsə, yubatmadan, endokrinoloq, uroloq-androloqa müraciət etməlidir.

Çünki təkcə cins zəifliyin olması və normal cinsi əlaqənin olmaması kişinin ömrünü qısaldır.
Əlbəttə ki, günahkar təkcə testosteron deyil. Kişilərdə şəkər, təzyiq, damar tutulması və s. də ola bilər. Bunlar bir-biri ilə bağlıdır.

Ona görə yuxarıdakı əlamətlər varsa, mütləq yoxlanmalısız ki, bu xəstəliklər də inkar və ya təsdiq olunsun”.

Aygün Musayeva