Bu klinikada genetik laborant vakansiyası açıldı

  • 2022.10.03 15:16
  • 2069 Baxış
Bu klinikada genetik laborant     vakansiyası açıldı
Bioloji Təbabət klinikası və filialları Azərbaycanda və həmçinin postsovet məkanında inteqrativ tibb müalicə metodlarını inkişaf etdirən və məşğul olan yeganə klinikadır.


"Medicina" xəbər verir ki, klinika 2009-cu il may ayından fəaliyyətə başlamışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Almaniyada və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar.


Bioloji Təbabət klinikasının nəznində yaranan İnteqrativ Təbabətdə Elmi Araşdırmalar mərkəzinin genetik laboratoriyası, həmçinin Azərbaycanın ilk genetik laboratoriyası olan AFGEN Genetik Diagnoz Mərkəzi 2013-cü ildən burada fəaliyyət göstərir.
İşçilərimizin sayı ortalama 300 nəfərdir. Onlardan hər biri unikaldır və bioloji təbabətin inkişafına böyük töhfə verir.
Əməkdaşlarımızın peşəkar inkişafı üçün imkanlarımızı davamlı şəkildə səfərbər edirik.

Tələblər


• Xaricdə genetika sahəsində təhsil (bakalavr və ya magistr);
• MS Office proqramlarında işləmə bacarığı;
• Sitogenetik və Molekulyar analizlərin tam aparılması bacarığı;
• Fiş metodunu bilmək;
• Komanda ilə işləmə qabiliyyəti;
• Operativlik, məsuliyyətlilik;
• Analitik düşünmə, analiz etmə, diqqətlilik;
• Ədalətlilik və düzgünlük;

Məsuliyyətlər

• DNT sekans analizi, klinik diaqnozu müəyyən edilmiş xəstələrin əlaqəli genlərinin analizi, oxunması və nəticələndirilməsi;
• Klinik ekzom və hədəflənmiş panel-gen testlərinin xam datalarının analizi və klinik diaqnoza görə mutasiyaların analizi;
• Fragment analizlərin aparılması;
• Genetik testlərdən keçmək istəyən pasiyentlərlə konsultasiyanın aparılması;

Dəyərlərimiz:

o İnkişaf və davamlı öyrənmək istəyi
o Qayğı göstərmək və kömək etmək istəyi
o Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir

Şərtlər:

İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00

İstirahət: Bazar günü;

Əmək haqqı: 1000-1500 AZN

Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Genetik-laborant” qeyd edərək CV formasını [email protected] ünvanına göndərməyiniz xahiş olunur.