Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu klinikaya direktor müavini təyin olundu

  • 2023.11.18 16:45
  • 1547 Baxış
Bu klinikaya direktor müavini təyin olundu

Yeni Klinikaya direktor müavini təyin olunub.



"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatına əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.


Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetimdə təhsil alıb. 2012-2016 –cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası - Tibb Fakültəsində uzmanlıq keçib. 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında həkim mama-ginekoloq, daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin Iğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.

2018-2021-ci illərdə Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsində fəaliyyət göstərib. 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olub.