Bu məhsullar qocalmanı ləngidir

  • 2023.04.10 15:00
  • 1018 Baxış
Bu məhsullar qocalmanı ləngidir
Elə məhsullar var ki, orqanizmin qocalmasınn qarşısını almaqla yanaşı, gənclik və gözəlliklərini geri qazandıracaq.


“Medicina” məlumatına görə, diyetoloq Marina Sorokina bildirir ki, nəinki yaxşı tanıdığınız alma, hətta digər məhsullar bu prosesdə böyük rol oynayır.


Almalar vitamin və antioksidantlarla yanaşı, liflə də zəngindir. Bütün bunlar qocalmanı ləngidən maddələrdir.
Liflə zəngin, fermentləşdirilmiş qidalar sıra xəstəliklərin riskini azalda bilər.

Ən əsas bağırsaqlara qulluq edilməlidir. Mikroflorada zərərli bakteriyalar, iltihab olmamalıdır. İmmunitet sisteminin işi və bütövlükdə orqanizmin vəziyyəti bundan asılıdır.

Buna faydalı vitaminlər və liflə zəngin olan təzə tərəvəz və meyvələrin nisbətini artırmaqla nail olmaq olar. Araşdırmalar göstərib ki, qida rasionunuza gündə 25 qram lif daxil etdiyiniz zaman ürək-damar xəstəlikləri, diabet və kolon xərçəngi riskini 30% azalda bilərsiniz.

Bundan əlavə, ekspertin fikrincə, fermentasiya yolu ilə əldə edilən məhsullar gəncliyin qorunması üçün də faydalıdır. Bunlar: duzlu kələm, turşu, turşu alma, qarpız və digər turşular.

Aygün Musayeva