2-ci tip diabet menopauza dövründə qadınlarda yaranan bəzi simptomların daha ağır keçməsinə səbəb ola bilər.
Bildirilib ki, şəkərli diabeti olan qadınlarda isti basmalar, gecə tərləmələri, yuxu pozğunluğu və əhval dəyişikliyi kimi menopauza əlamətləri daha intensiv müşahidə oluna bilər. Bunun səbəbi diabetin hormonal dəyişikliklər və maddələr mübadiləsinə təsiri ilə əlaqələndirilir.
Həkimlər qeyd edirlər ki, menopauza dövründə qan şəkərinin müntəzəm nəzarətdə saxlanılması, sağlam qidalanma, fiziki aktivlik və vaxtında tibbi müayinələr simptomların idarə olunmasına kömək edə bilər.
Xanım,
Medicina.az