Bu mineral suları içməyin! – Tərkibində...

  • 2024.04.18 16:16
  • 417 Baxış
Bu mineral suları içməyin! –  Tərkibində...
İsveçrə Federal Qida Təhlükəsizliyi və Baytarlıq İdarəsi Türkiyədə istehsal olunan mineral su ilə bağlı diqqətçəkən qərar qəbul edib.

Medicina.az xəbər verir ki, tərkibində yüksək miqdarda bor olduğu üçün “Beypazarı” mineral suyunun satışının qadağan edilməsi tələb olunub.

Qurum tərəfindən aparılan yoxlamalar zamanı mineral suların hər litrində 2 milliqram bor aşkar edildiyi və bu miqdarın hamilə qadınlarda körpənin inkişafına mənfi təsir etdiyi bildirilib.

İstehsalçı isə iddiaları rədd edib.

Suyu istehsal edən şirkətdən verilən açıqlamada, içməli suyun bor dəyərinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən litr başına 2,4 milliqram, Avropa Birliyi tərəfindən isə 1 milliqram olaraq təyin edildiyi vurğulanıb. Şirkət məhsullarının ÜST və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin müəyyən etdiyi parametrlərə uyğun olduğunu bildirib.


Aysel