Bu ölkə COVID-19 ilə bağlı məhdudiyyətləri uzatdı

  • 2020.09.04 10:57
  • 2651 Baxış
Bu ölkə COVID-19 ilə bağlı  məhdudiyyətləri uzatdı

Yeni Zelandiyada koronavirusla mübarizə üçün tətbiq olunan məhdudiyyətlər ən azı sentyabrın ortalarına qədər qüvvədə olacaq.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Casinda Ardern məlumat verib.

Hökümət başçısı Yeni Zelandiya sakinlərinin sosial məsafə qaydalarına riayət etməyə davam etməli olduqlarını söyləyib.

“Hər şeyi doğru etsək, məhdudiyyətlərdən daha tez qurtula və qeyri-sabit vəziyyət riskini azalda bilərik”, - xanım nazir deyib.

O, mövcud tədbirlərin sentyabrın 14-də yenidən nəzərdən keçiriləcəyini də açıqlayıb.

Qeyd edək ki, ən sərt məhdudiyyətlər ölkənin ən böyük şəhəri, epidemiyanın mərkəzinə çevrilən Oklenddə tətbiq olunur. Orada 10 nəfərdən çox qrup halında toplaşmaq qadağandır. Yeni Zelandiyanın qalan hissəsində isə 100 nəfərədək tədbirin keçirilməsinə icazə verilir.