Bu ölkədə 1979-cu ildən bu yana ilk dəfə vəba aşkarlandı

  • 2022.06.24 18:14
  • 1388 Baxış
Bu ölkədə 1979-cu ildən bu yana ilk dəfə vəba aşkarlandı


İspaniyada Toledo şəhərinin sakini 1979-cu ildən bəri ölkə tarixində ilk dəfə olaraq vəba xəstəliyinə yoluxma aşkarlanıb.


Bakupost.az xəbər verir ki, fermalardan birində yeniyetmə qız krandan su içərək vəbaya yoluxub. Yerli hökumət suyun mənbəyini, yoluxma səbəbini araşdırır.

Qız xəstəxanaya aparılıb, onun vəziyyəti yaxşıdır.

Güman olunur ki, su quyudan götürülüb.

Səhiyyə nazirliyinin rəsmi hesabatına görə, bu ölkədə 1979-cu ildən bəri ilk dəfə xarici faktorlardan asılı olmadan birincili yoluxmadır.
Sudan istifadə edən digər insanlar da nəzarətə alınır.

Ferma bağlanıb, ətraf ərazi yoxlanılır, hökumət yoluxmanın ciddi olmadığını bildirir.