Bu ölkədə 2009-cu ildən sonra doğulanlara siqaret satılmayacaq

  • 2022.12.14 15:52
  • 1344 Baxış
Bu ölkədə 2009-cu ildən sonra doğulanlara  siqaret satılmayacaq

Yeni Zelandiyada yanvarın 1-dən yeni qanun qüvvəyə minir.

“Medicina” xəbər verir ki, hazırda bu ölkədə böyük yaş əhalinin cəmi 8%-i siqaret çəkir.

Ölkə parlamenti 1 yanvar 2009-cu ildən sonra doğulanların hamısına tütün məhsulu satılmasını qadağan edəcək.

“Ölkədə tütün məmulatı satan ticarət nöqtələrinin sayı 10 dəfə azaldılacaq.

Eləcə də elektron siqaretlərin onlayn satışı qadağan olunur”.

Bu qərarlar nəticəsində Zelandiyada siqaret çəkənlərin sayı 10 il əvvələ nisbətdə 2 dəfə azdır.

Aygün Musayeva