Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da vaksin vurulacaq

  • 03 Avq 2021 12:52
  • 398 Baxış
Bu ölkədə 3 yaşdan yuxarı uşaqlara da  vaksin vurulacaq

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 yaşdan 17 yaşa kimi olan uşaq və yeniyetmələr koronavirus əleyhinə vaksin olunacaqlar.

Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlara Çinə məxsus "Sinopharm" şirkətinin vaksinlərindən vurulacaq. BƏƏ hökuməti artıq 12-15 yaş arası vətəndaşları "Pfizer"lə peyvəndləməyə başlayıb.

Qeyd edək ki, Çin "Sinovac Biotech" peyvəndinin 3 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr üçün istifadə oluna biləcəyini təsdiqləyib.