Bu ölkədə 5 yaşlı uşaqlara kovid vaksini vurulur

  • 28 Okt 2021 15:38
  • 384 Baxış
Bu ölkədə 5 yaşlı uşaqlara kovid vaksini  vurulur
ABŞ tibbi tənzimləyicisinin ekspert komissiyası 5-11 yaşlı uşaqlara koronavirus peyvəndini tövsiyə edib.

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) mütəxəssisləri böyük səs çoxluğu ilə bu qərarı qəbul ediblər. Onların fikrincə, “Pfizer” peyvəndinin vurdurulmasının faydaları risklərdən daha çoxdur.

Peyvəndlər üzrə tənzimləyici orqanın rəhbəri Piter Marks bildirib ki, bu yaş qrupunda təxminən iki milyon insan koronavirusa yoluxub, onlardan 8300-ü xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya yerləşdirilənlərin üçdə birinin reanimasiyaya ehtiyacı olduğunu vurğulayıb.

Bu qərar təxminən 28 milyon azyaşlıya təsir edəcək.

Qeyd olunur ki, uşaqlar üçün peyvəndləmələr noyabrın əvvəlindən başlaya bilər.