Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə abort qadağasına etirazlar başladı

  • 2020.10.26 15:49
  • 6857 Baxış
Bu ölkədə abort qadağasına etirazlar başladı


Dölün qüsurları səbəbindən abort qadağasına etiraz edən minlərlə polşalı ölkənin müxtəlif şəhərlərində aksiya keçirib.

Etirazlar Varşava, Qdansk, Poznan və digər şəhərlərdə baş tutub.

Feministlər və insan hüquqları müdafiəçiləri abortları dəstəkləyən yazılarla, kilsələrin önündə də oturaraq etiraz ediblər.

“Mənim bədənim-mənim seçimim”, “Kilsə, siyasətdən rədd ol” şüarları səsləndirən nümayişçilər bəzi kilsələrdə bazar ibadətini dayandırıblar.

Polisin etirazı zorakılıqla dağıtdığı, 15 nəfərin nəzarətə götürüldüyü bildirilib.

Xatırladaq ki, Polşada dölün xəstəliyinə görə abortu qadağan edilib.