Bu ölkədə də COVID-19-un yeni ştammı aşkarlandı

  • 2020.12.25 09:05
  • 923 Baxış
Bu ölkədə də COVID-19-un yeni ştammı aşkarlandı

Nigeriyada COVID-19 infeksiyasının yeni ştammı aşkarlanıb.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və profilaktika üzrə mərkəzinin rəhbəri Con Nkenqasonq bildirib.

"Nigeriyada gördüyümüz o (ştamm-red) hələ məhdud məlumatlara əsaslanır. Görünən odur ki, bu, İngiltərə və Cənubi Afrikadakı kimi deyil, fərqli bir ştammdır. Ancaq yenə təkrar edirəm – bu, iki və ya üç genetik ardıcıllığa əsaslanır. Nigeriyada araşdırmanı genişləndirməliyik ”, - o deyib.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə bildirib. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb.

Bir neçə gün sonra - dekabrın 23-də Britaniyada Cənubi-Afrika Respublikasından gələn bir nəfərdə koronavirusun daha bir yeni növünün üzə çıxardılması haqqında bildirdilər.