Bu ölkədə ilk dəfə 3 nəfər koronavirusa yoluxub

  • 2020.03.01 20:06
  • 3345 Baxış
Bu ölkədə ilk dəfə 3 nəfər koronavirusa yoluxub
Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.

Medicina.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı “Na Bulovce” xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.

Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda istirahətdə olub.