Bu ölkədə istidən 2 min nəfər öldü

  • 2022.08.02 15:24
  • 1820 Baxış
Bu ölkədə istidən  2 min nəfər öldü

İspaniyada iyul ayında anomal isti hava şəraiti səbəbindən 2 064 nəfər həyatını itirib.


Bu barədə III Karlos Səhiyyə İnstitutunun saytında məlumat verilib.


Ölənlərin yarısı 80-85 yaşlı qocalardır.


İnsanların çoxu 18 və 19 iyul tarixlərində həyatını itirib. Həmin günlərdə bütün ölkə ərazisində temperatur +38...+40°С-yə yüksəlmişdi.

Qeyd olunur ki, ötən ilin eyni dövrü ərzində anomal isti hava şəraiti səbəbindən dörd dəfə az insan vəfat etmişdi.