Bu ölkədə koronavirus qurbanlarının sayı 2,5 min nəfərə çatdı

  • 2020.03.17 23:45
  • 2748 Baxış
Bu ölkədə koronavirus qurbanlarının sayı   2,5 min nəfərə çatdı
Son gün ərzində İtaliyada koronavirusdan ölənlərin sayı 345 nəfər təşkil edib.

Medicina.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andcelo Borrelli bildirib.


O, qeyd edib ki, bununla da ölkədə koronavirusun qurbanlarının sayı 2,5 min nəfəri ötüb.

Koronavirusdan sağalanların sayı demək olar, 3 min nəfərə çatıb.

“Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 26 062 nəfərdir, onların 2 060 nəfəri intensiv terapiya bölməsindədir", - o qeyd edib.

Məlumata görə, Lombardiyada 120 nəfər koronavirusun qurbanı olub. İtaliyanın başqa regionlarında da virusdan ölənlərin sayı artır.