Bu ölkədə meymunçiçəyindən ilk ölüm

  • 2022.11.17 08:48
  • 1066 Baxış
Bu ölkədə meymunçiçəyindən  ilk ölüm
Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

"Səhiyyə Nazirliyi Çilidə meymunçiçəyinin ağırlaşması nəticəsində ilk ölüm hadisəsi barədə məlumat verir. Bu, sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir", - məlumatda deyilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onun xroniki xəstəlikləri olub, immuniteti zəifləyib.

Bu günə qədər Çilidə meymunçiçəyinə 1 200-dən çox yoluxma müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlərə başlanılıb.