Bu ölkədə naməlum xəstəlik yayılır - Ölənlər var

  • 2023.04.17 10:12
  • 810 Baxış
Bu ölkədə naməlum xəstəlik yayılır -  Ölənlər var
Keniyanın Kakameqa bölgəsində səbəbi bilinməyən xəstəlikdən 4 nəfər dünyasını dəyişib.

Bu haqda Keniya Səhiyyə nazirliyi açıqlama verib.

Açıqlamada 627 nəfərin epidemiyaya məruz qaldığı, bu şəxslərin 7 ayrı sağlamlıq mərkəzində müalicə olunduğu deyilib.
Xəstəliyin qızdırma, qarın ağrısı, qusma və ishal kimi əlamətlərinin olduğu qeyd olunub.

Epidemiyaya görə iki məktəbdə tədris dayandırılıb.

Xəstəliklə bağlı araşdırmaların davam etdiyi bildirilib.