Bu ölkədə pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edildi

  • 2020.08.04 20:11
  • 3713 Baxış
Bu ölkədə pandemiyanın ikinci dalğası barədə  xəbərdarlıq edildi
Fransada alimlər koronavirus pandemiyasının ikinci dalğasının payızda və ya qışda başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Medicina.az-ın məlumatına görə, son bir neçə gün ərzində ölkədə yoluxma sayında yenidən artım müşahidə olunur.

Təkcə son 3 gün ərzində 3 376 yeni yoluxma qeydə alınıb.

Mütəxəssislər növbəti aylarda ikinci dalğanın olacağını ehtimal edirlər.

Qeyd edək ki, bu günədək Fransada 191 mindən çox şəxs koronavirusa yoluxub, 30 294 nəfər ölüb.