Bu ölkədə uşaqlardan da COVID pasportu tələb olunacaq

  • 2022.01.08 14:39
  • 2190 Baxış
Bu ölkədə uşaqlardan da COVID pasportu tələb olunacaq
Ekvadorda hökumət koronavirusa yoluxma hallarının kəskin artımı ilə əlaqədar beş yaşdan böyük uşaqların vaksin olunmadan kinoteatr, ticarət mərkəzləri, stadionlar və digər ictimai yerlərə daxil olmasına məhdudiyyət tətbiq edib.

Medicina.az -ın məlumatına görə, bunu ölkənin təhsil naziri Mariya Braun deyib.

Onun sözlərinə görə, yanvarın 8-dən etibarən beş yaşdan yuxarı uşaqlardan ictimai yerlərə daxil olması üçün vaksin sertifikatı tələb olunacaq.

Qeyd olunur ki, fevral ayında ölkədə üç yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq.

Bugünədək ölkədə 560 minə yaxın şəxs koronavirusa yoluxub, 33 mindən çox şəxs vəfat edib. Ölkə əhalisinin təxminin 80 faizi tam peyvənd olunub.