Bu ölkənin paytaxtında maska məcburi olacaq

  • 2020.08.28 01:21
  • 2836 Baxış
Bu ölkənin paytaxtında maska məcburi olacaq
Parisdə tibbi maskadan istifadə məcburi olacaq.

Medicina.az xəbər verir ki, bu barədə şəhər merinin səhiyyə məsələləri üzrə müavini Ann Suyri bildirib.

“Cümə günü saat 8:00-dan etibarən bütün Paris ərazisində maska taxmaq məcburi olacaq”, - o qeyd edib.

Qeyd edək ki, Fransa üzrə koronavirusa yoluxma sayında azalma müşahidə olunsa da, Parisdə vəziyyət gərgin olaraq qalır. İndiyədək ölkədə 253 587 nəfər koronavirusa yoluxub, 30 544 nəfər isə dünyasını dəyişib.