Bu ölkənin səhiyyə naziri koronaya yoluxdu

  • 2021.02.27 09:46
  • 1102 Baxış
Bu ölkənin səhiyyə naziri koronaya yoluxdu

Argentinanın səhiyyə naziri Karla Vissotti koronavirusa yoluxub.

“Medicina” xəbər verir ki, bu barədə o, tvitterdə yazıb.

Onun sözlərinə görə, martın 1-də parlament sessiyasının açılışında iştirak etmək üçün koronavirus testi verib.

“Mənə nəticənin pozitiv olduğunu bildirdilər. Bununla əlaqədar olaraq yaxın günlərdə müəyyən olunmuş protokola əməl edərək izolyasiya olunacağam”, - o yazıb.

“Todo Noticias” telekanalının məlumatına görə, bu yaxınlarda Vissotti ilə görüşən hökumət sədri Santyaqo Kafyero da izolyasiya olunub.