Bu oynaq xəstəliyini ağırlaşdıra bilər

  • 2026.08.10 17:58
  • 109 Baxış
Bu oynaq xəstəliyini ağırlaşdıra bilər

Hava çirkliliyinin revmatoid artrit (oynaq) xəstələrində xəstəliyin əlamətlərini gücləndirə biləcəyi müəyyən edilib.

Medicina.az “NewsMedical”a istinadla xəbər verir ki, revmatoid artrit immun sisteminin orqanizmin öz toxumalarına hücum etməsi nəticəsində yaranan xroniki iltihabi xəstəlikdir. Bu xəstəlik zamanı əsasən oynaqlarda ağrı, şişkinlik və hərəkət məhdudluğu müşahidə olunur.

Alimlər 2021–2024-cü illər ərzində 1070 xəstənin məlumatlarını araşdırıblar. Nəticələr göstərib ki, PM2.5 səviyyəsi artdıqca xəstələrdə oynaq ağrıları, şişkinlik və xəstəliyin aktivliyi də yüksəlib.

Mütəxəssislərin fikrincə, havanın keyfiyyətinin yaxşılaşdırılması revmatoid artrit kimi xroniki xəstəliklərin idarə olunmasında da mühüm rol oynaya bilər.

Xanım,Medicina.az