Bu pomidorlarda təhlükəli zəhər olur - DİQQƏT!

  • 2022.05.20 15:22
  • 2476 Baxış
Bu pomidorlarda təhlükəli zəhər olur  - DİQQƏT!

Pomidor yalnız tam yetişdikdə orqanizmə faydalı olur. Yetişməmiş, yarısı yaşıl, kal pomidorlar toksiki zəhərlidir.


Bakupost.az xəbər verir ki, diyetoloq Yelena Solomatina yetişməmiş pomidorda solanin adlı zəhərli maddənin olduğunu deyib.

Əgər tərəvəz tam qırmızı olmayıbsa, onu yeməyin.

Xüsusən yaşlı insanlar, uşaqlar ehtiyatlı olsun.

Yetişmiş pomidorda həmçinin oksalat turşusu çoxdur. Bu isə pankreatit, mədə-bağırsaq problemi, qastriti olanlara zərərlidir

İstixanalarda çox miqdarda nitratlar tətbiq olunan pomidorlar ürək-damarlar üçün təhlükəlidir.

Pomidorda nitrat çox olduğunu belə bilmək olur: tərəvəzi kəsəndə çoxlu sarı arakəsmələr, sap kimi çıxıntılar varsa, deməli, nitrat çoxdur.