Bu qida məhsullarının dövriyyəsinə yol verilməyəcək

  • 2024.03.21 12:05
  • 839 Baxış
Bu qida məhsullarının dövriyyəsinə yol verilməyəcək
Azərbaycanda qida əlavələri ilə bağlı yeni qaydalar qəbul edilib.

Medicina.az-ın məlumatına görə, bununla bağlı “Qida əlavələrinə dair sanitariya norma və qaydalar” təsdiq edilib.

Yeni qaydalara əsasən, aşağıda sadalananlar qida əlavəsi hesab edilmir:

- monosaxaridlər, disaxaridlər və ya oliqosaxaridlər və tərkibində bu maddələri ehtiva etməsi səbəbindən şirinləşdirici məqsədlər üçün istifadə olunan qida məhsulları;

- qurudulmuş və ya qatılaşdırılmış qida məhsullarının, o cümlədən, mürəkkəb qida məhsullarının istehsalı zamanı istifadə olunan aromatlaşdırıcı, dadlandırıcı və ya qidalandırıcı xüsusiyyətləri ilə yanaşı ikincili rəngləyici təsirə malik olan dad-aromatik maddələr;

- qida məhsullarında örtük materialı kimi istifadə edilən, qida məhsulunun tərkib hissəsi olmayan və onunla birgə istehlak edilməsi nəzərdə tutulmayan maddələr;

- tərkibində pektin olan məhsullar və qurudulmuş alma cecəsi, sitrus meyvələri və ya heyvanın qabığından və ya onların qarışığına turşu əlavə edilməsi, daha sonra natrium və ya kalium duzları ilə qismən neytrallaşması nəticəsində əldə edilən maddələr (maye pektin);

- saqqız mayası;

- qan plazması, yeyilə bilən jelatin, zülal hidrolizatları və onların duzları, süd zülalı və qlüten;

- qlütamin turşusu, qlisin, sistein, sistin və onların texnoloji funksiyası olmayan duzları istisna olmaqla, aminturşular və onların duzları;

- kazeinatlar və kazein;

- inulin.

Bu Qaydaların əhatə dairəsinə aid edilməyən qida əlavələri və ya həmin qida əlavələrinin istifadə edildiyi qida məhsullarının dövriyyəsinə yol verilmir.