Bu qidadan imtina etsəniz – Ürək xəstəlikləri 20% azalır

  • 2023.09.12 18:24
  • 2323 Baxış
Bu qidadan imtina etsəniz  – Ürək xəstəlikləri 20% azalır

Avropa Kardioloqlar Cəmiyyətinin illik konfransında Cənubi Koreya alimlərinin yeni elmi araşdırması təqdim olunub.


“Medicina” xəbər verir ki, tədqiqatlar yeməklərinə əlavə duz səpməyən insanlarda ürək xəstəliklərinin 18-20% az olduğunu sübut edib.

Belə ki, yeməklərinə duz əlavə edənlərdə ürək döyünməsi, taxikardiya, aritmiya daha çox rast gəlinir.

Alimlər 176 min britaniyalının biobankda olan tibbi məlumatlarını analiz edib.

11 il davam edən müşahidələrdən sonra duzun arterial təzyiq və ürək-damar xəstəlikləri riskini artıran əsas səbəblərdən biri olduğu sübut olunub.

Duzdan çox istifadə insult, infarkt, demensiya, ateroskleroza belə səbəb olur.

Ona görə də süfrədən duzu yığışdırmaqda ürəyə fayda var.


Aygün Musayeva