Bu qidalar baş ağrısına səbəb olur – ALİMLƏR

  • 2020.10.15 16:20
  • 1681 Baxış
Bu qidalar baş ağrısına səbəb olur  – ALİMLƏR

ABŞ alimləri baş ağrısına səbəb ola biləcək bəzi ərzaq məhsullarını açıqlayıb.

Medicina.az xəbər verir ki, mütəxəssislər baş ağrısından əziyyət çəkən insanların nə yediklərinə fikir vermələrini tövsiyə edib.

Xroniki baş ağrıları diaminoksidaz fermenti və histaminlərin çoxluğundan qaynaqlanır.

Kəskin baş ağrısından əziyyət çəkən insanlar banan, şərab, yoqurt, kələm, ispanaq, quru meyvə, hisə verilmiş ət, kolbasa, avokado, badımcandan uzaq durmalıdır.


Çünki bu qidalarda çox miqdarda histamin var.

Eləcə də şokolad, sitrus meybələri, paxlalılar, pomidor da baş ağrısını tətikləyə bilər. Təsadüfi deyil ki, allergiyası olan insanlara da bu qidalar əks göstərişdir. Əgər hansısa yeməkdən sonra başınız ağrıyırsa, bu qidaları tanımağınız vacibdir.